Yuxarı

​Mübariz Qurbanlı: "İŞİD Azərbaycan üçün heç bir təhlükə yarada bilməz"

Onların pul mənbələri əllərindən çıxandan sonra əriyib gedəcəklər

Bakı. 17 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün DQİDK və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi və dini dəyərlər: tarixilik, müasirlik” mövzusunda keçirilən görüşdə İŞİD terror qruplaşmasının fəaliyyətinə münasibət bildirib.

"Report"un məlumatına görə, M.Qurbanlı deyib ki, İŞİD Azərbaycan üçün heç bir təhlükə yarada bilməz: "Ölkədə təhlükəsizlik tədbirləri görülür. Milli Təhlükəsizlik Nazirliyi radikal dini qruplaşmalara qarşı əməliyyat keçirir. İŞİD kimi qrupların heç bir fəaliyyəti Azərbaycana təsir edə bilməz. Həmin qrupların pul mənbələri əllərindən çıxandan sonra əriyib gedəcəklər. Bötüvlükdə isə İslam dinində adam öldürmək günah sayılır. Bu cür radikal qüvvələr isə dünyada terror törədirlər, insanları öldürürlər, bütün bunlar İslam dininin dəyərlərinə ziddir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi