Yuxarı

Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər ödənişi türk lirəsi ilə edəcəklər

Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər ödənişi türk lirəsi ilə edəcəklər
İndiyə qədər Türkiyədən Həcc və Ümrə ziyarətlərinə yollananlar gedib-gəliş və orada qalma pulunu ABŞ dolları ilə ödəyirdilər

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər bu gündən etibarən ödənişi türk lirəsi ilə edəcəklər. 

“Report” DHA-ya istinadən xəbər verir ki, Türkiyə Dəyanət İşləri İdarəsi bununla bağlı qərar qəbul edib. 

İdarədən bildirilib ki, Həcc və Ümrə ziyarələtinin türk lirəsi ilə ödənilməsi üçün işlər tamamlanıb: "Ona görə də Türkiyə Dəyanət İşləri İdarəsi 2016-cı il dekabrın 5-dən etibarən Həcc və Ümrə ziyarətlərinin ödənişinin türk lirəsi ilə həyata keçirilməsi barədə qərar qəbul edib”.

Qeyd edək ki, indiyə qədər Türkiyədən Həcc və Ümrə ziyarətlərinə yollananlar gedib-gəliş və orada qalma pulunu ABŞ dolları ilə ödəyirdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi