Yuxarı
    Bağlamaq

    Türkiyədə Həcc ziyarətinə gedənlər gələn ay məlum olacaq

    Yeni qeydiyyatların aparılması yanvarın 6-da başa çatır

    Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyədə bu il Həcc ziyarətinə getmək istəyənlərin qeydiyyatı yanvarın 6-da başa çatacaq.

    "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Lüleburgaz bölgə müftisi Hüseyn Uysal deyib.

    O bildirib ki, Həcc ziyarətinə gedənlər üçün qeydiyat ötən il dekabrın 28-də başlayıb. Ziyarətə getmək üçün əvvəlki qeydiyyatların yenilənməsi prosesi isə yanvarın 9-dan başlayacaq və 31-dək davam edəcək.

    Həcc ziyarətinə kimlərin gedəcəyi isə fevralın 23-də keçirləcək püşkatma nəticəsində bilinəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi