Yuxarı

​Türkiyədə ilk dəfə erməni dilində Quran nəşr olunub

Nəşrin tirajı 4 min nüsxədir

Bakı. 7 may. REPORT.AZ/ Türkiyənin Dini İşlər üzrə İdarəsi erməni dilində Quran nəşr etdirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, nəşrin tirajı 4 min nüsxədir.

Dini nəşrlər üzrə baş direktor Yüksəl Salmanın sözlərinə görə, nəşr üzərində dörd il iş gedib. Layihədə Türkiyə universitetlərinin ilahiyyat fakültələrinin professorları və İdarənin ekspertləri iştirak ediblər.

Salman bildirib ki, Quranın daha 15 dildə nəşr olunması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi