Yuxarı

​Türkiyədə ilk ateist təşkilatının saytına qadağa qoyulub

Bu barədə məhkəmə müvafiq qərar çıxarıb

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə məhkəməsi ölkənin ilk ateist assosiasiyasının saytına girişi əngəlləyib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyə" telekanalı məlumat yayıb.

Məhkəmə saytın fəaliyyətini böyük əksəriyyətin İslam dininə etiqad etdiyi bir ölkədə "dini dəyərlərə təhqir" kimi qəbul edib.

Assosiasiya nümayəndələri isə öz növbələrində bu qərarın qanunsuz və demokratiyaya zidd olduğunu, həmçinin Türkiyənin ölkə hüdudlarından kənarda nüfuzuna xələl gətirəcəyini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi