Türkiyə üçün Həcc ziyarətinin kvotası artırılıb

Türkiyə üçün Həcc ziyarətinin kvotası artırılıb Zəvvarların sayı 59 mindən 80 minə çatdırılıb
Din
6 Yanvar , 2017 20:50
Türkiyə üçün Həcc ziyarətinin kvotası artırılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyədə Həccə getmək üçün kvota sayı 20 min nəfərə qədər artırılıb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Həcc kvotası 59 min 200-dən 80 minə qaldırılıb.

Bununla bağlı Türkiyənin Din İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və Səudiyyə Ərəbistanın Həcc və Ümrə naziri Məhəmməd bin Salih bin Tahir Benten arasında protokol imzalanıb.

M.Görməz Türkiyə əhalisinin 80 milyon olduğunu bildirərək, kvotanın mində bir nəfərə tətbiq olunması təklifini verib və qəbul edilib.

Xatırladaq ki, bu ilin fevralın 23-də keçiriləcək püşkatma nəticəsində Türkiyədən Həcc ziyarətinə gedəcək 80 min nəfərin kimliyi məlum olacaq. 

Son xəbərlər

Orphus sistemi