Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir

Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir Bu il onlardan 80 mini Hacı olacaq
Din
12 Yanvar , 2017 17:28
Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyədə Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ziyarətə getmək üçün 335 min insan bu il ilk dəfə qeydiyyatdan keçib. Beləliklə, 1 milyon 700 min hacı namizədi əvvəldən qeydiyyatda olduğu üçün yeniləri ilə birlikdə onların sayı 2 milyonu ötüb.

Qeyd edək ki, ötən il Türkiyədən Həcc ziyarətinə 59 min 200 zəvvar gedib. Bu il Həcc kvotası artılaraq 80 minə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi