Yuxarı

​Türkiyə müsəlmanların Həcc ibadətinin təhlükəsizliyi məsələsini gündəmə gətirəcək

Mehmet Görməz: Qəzalar işlərimizi daha etibarlı həyata keçirməyin vacibliyini ortaya qoyur

Bakı. 22 sentyabr. REPORT.AZ/ ''Qəzaya səbəb fırtına və şimşək ola bilər. Amma verilən açıqlamalar nə olursa-olsun, Həcc ibadəti zamanı baş verən qəzalar bizi işlərimizi daha etibarlı həyata keçirməyimizin vacib olduğunu ortaya qoyur". "Report"un məlumatına görə, bu açıqlamanı Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görməz verib. 

O bildirib ki, milyonlarla insanın ibadətini daha təhlükəsiz həyata keçirməsi üçün intensiv danışıqların aparılmasına ehtiyac var.

M.Görməz gələn il Həcc ibadəti ilə bağlı Səudiyyə Ərəbistanı ilə aparacaqları danışıqlarda, xüsusilə Kəbənin hər tərəfində təcili yardım xidməti göstərə biləcək həkim briqadalarının yaradılması məsələsini yenidən gündəmə gətirəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu il Məkkədə baş verən qəzada ölənlərdən 8 nəfəri Türkiyə vətəndaşı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi