Şuşa Humanitar Kollecində "Fitnə" sənədli filmi nümayiş etdirilib

Şuşa Humanitar Kollecində "Fitnə" sənədli filmi nümayiş etdirilib "Milli-mənəvi dəyərlərə bağlılıq vətənpərvərlik hisslərini gücləndirir"
Din
13 Aprel , 2017 20:21
Şuşa Humanitar Kollecində Fitnə sənədli filmi nümayiş etdirilib

Bakı. 13 aprel. REPORT.AZ/ Şuşa Humanitar Kollecində Şuşa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər” adlı tədbir keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər” mövzusunda çıxışında bildirib ki, ən böyük sərvətimiz milli-mənəvi dəyərlərimiz və bu dəyərlərdən formalaşan adət-ənənələrimizdir: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması daha böyük əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərə bağlılıq vətənpərvərlik hisslərini gücləndirir, insanın əsl vətəndaş kimi yetişməsində mühüm rol oynayır".

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev çıxışında belə tədbirlərin gənclərimizin vətənpərvər ruhda yetişməsi baxımından əhəmiyyəti haqqında danışıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və dini radikalizmə qarşı mübarizədən bəhs edən ”Fitnə” sənədli filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi