Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət komitələrinin birində struktur islahatları və kadr dəyişiklikləri aparılıb

    Mübariz Qurbanlının köməkçisi Komitədə yeni yaradılan şöbəyə rəhbərlik edəcək

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) struktur islahatları və kadr dəyişiklikləri həyata keçirilib. 

    "Report"un məlumatına görə, Dövlət Komitəsi işçilərinin sayı iki dəfəyədək artırılıb. Komitədə iki yeni şöbə yaradılıb. Bunlardan biri Dini marifləndirmə, digəri isə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsidir. Bundan başqa, Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin səlahiyyətləri qismən azaldılıb və şöbənin adı da dəyişdirilib. Bundan sonra Komitənin həmin bölməsi Dinşünaslıq ekspertizası şöbəsi adlandırılacaq.

    Komitə sədri Mübariz Qurbanlının köməkçisi Amil Cavadov Komitədə yeni yaradılan İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə rəhbərlik edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi