Şöbə müdiri: "Öz ölkəsində tanınmayan müəlliflərin dini kitablarının Azərbaycan dilinə tərcümə olunması doğru deyil"

Şöbə müdiri: "Öz ölkəsində tanınmayan müəlliflərin dini kitablarının Azərbaycan dilinə tərcümə olunması doğru deyil" Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu il dini ədəbiyyatların ekspertizası zamanı yeni prioritetlər də nəzərə alınır.
Din
1 Oktyabr , 2018 12:30
Şöbə müdiri: Öz ölkəsində tanınmayan müəlliflərin dini kitablarının Azərbaycan dilinə tərcümə olunması doğru deyil
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Bu il dini ədəbiyyatların ekspertizası zamanı yeni prioritetlər də nəzərə alınır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq milli-dini ədəbiyyatı formalaşdıra biləcək alimlər var: "Bəzi ədəbiyyatlar Azərbaycana lazımdırmı?! Bir-birini təkrarlayan ədəbiyyatlar həddindən artıq çoxdur. Bu, insanların daha geniş məlumat almasını çərçivəyə salır. Adı belə öz ölkəsində tanınmayanların kitabları tərcümə edilir, amma artıq özümüzün dini ədəbiyyat yaza biləcək kifayət qədər müəllifimiz var".

Şöbə müdiri əlavə edib ki, tərcümə ədəbiyyatının əleyhinə çıxılmasa da, klassik ədəbiyyatlar tərcümə olunmalıdır: "Amma XXI əsr müəlliflərinin təkrarlanan kitablarının ölkədə yayılması məqsədəuyğun deyil".

Son xəbərlər

Orphus sistemi