Səyyad Salahlı: "Tarix boyu müxtəlif qüvvələr müsəlman dünyasının birliyinə mane olmağa çalışıb"

Səyyad Salahlı: "Tarix boyu müxtəlif qüvvələr müsəlman dünyasının birliyinə mane olmağa çalışıb" Saatlıda dini icma sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
Din
13 İyun , 2017 17:34
Səyyad Salahlı: Tarix boyu müxtəlif qüvvələr müsəlman dünyasının birliyinə mane olmağa çalışıb

Bakı. 13 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Komitənin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, QMİ-nin bölgə qazısı, Saatlı şəhər “Cümə” məscidinin axundu Vadər Əliquliyev, dini icma sədrləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərildiyini vurğulayaraq Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən Səyyad Salahlı hər bir müsəlmanın təəssübkeşlikdən qaçmalı olduğunu və müsəlman dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib.

Mövzu ətrafında müzakirələr aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi