Yuxarı
    Bağlamaq

    ​Şeyxülislam Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib

    Şeyxülislamın rolu Vatikan tərəfindən dəyərləndirilir

    Bakı. 28 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.

    Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

    Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

    Papa Fransiskin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa dair səylərini dəstəklədiyini bildirən şeyxülislam A.Paşazadə Müqəddəs taxt-tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O bildirib ki, bu səfər dünyada və regiondasülh, ədalət və əmniyyətin, uca Yaradanın vacib buyurduğu mənəvi-əxlaqi dəyərlərin bərqərarına böyük töhfə olacaq.

    Nunsi Marek Solçinski Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi