Beynəlxalq təşkilat Şeyxülislam Allahşükür Paşazadəni təltif edib

Beynəlxalq təşkilat Şeyxülislam Allahşükür Paşazadəni təltif edib "Dərbənd – üç dinin şəhəri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
Din
31 Mart , 2015 15:21
Beynəlxalq təşkilat Şeyxülislam Allahşükür Paşazadəni təltif edib

Bakı. 31 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb. Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Qafqaz müsəlmanlarının dini lideri fəxri fərmanla "mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə" təltif olunub.

Qeyd edək ki,  martın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində "Dərbənd – üç dinin şəhəri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Qafqaz Müsəlmanları İdarəsini QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və idarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər. Şeyxülislam Allahşükür Paşazadənin Konfrans iştirakçılarına müraciət məktubunu oxuyan Müfti S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib. Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov Şeyxülislam A. Paşazadəyə onun səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.

Beynəlxalq konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşukur Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi