Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə İrana səfər edəcək

Səfərdə məqsəd “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir

Bakı. 21 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşəcək. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd 23-24 noyabr tarixlərində İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

QMİ-dən bildirilib ki, Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi