Şeyxülislam Allahşükür Paşazadə Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb Azərbaycan və Tacikistan arasında ənənəvi, dostluq və qardaşlıq münasibətləri barədə danışılıb
Din
10 Fevral , 2016 12:50
Şeyxülislam Allahşükür Paşazadə Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan və Tacikistan arasında ənənəvi, dostluq və qardaşlıq münasibətləri barədə danışılıb, xüsusən tarixi dini-mənəvi əlaqələrdən söhbət açılıb.

Bildirilib ki, iki xalq arasında dini-mənəvi sahədə yaxınlıq, mədəni əlaqələr iki qardaş dövlət arasında bütün sahələr üzrə münasibətlərin inkişafına müsbət təsir göstərir.

Dövlət başçıları qardaşlıq münasibətlərinin, qarşılıqlı səfərlərinin bu sahədə böyük əhəmiyyət kəsb etdiyini bildirən şeyxülislam A.Paşazadə, ölkəmizdə multikultural dəyərlərə verilən diqqətdən söhbət açıb.

Səfir QMİ sədrinin Mərkəzi Asiya ölkələri, o cümlədən, Tacikistanla dini-mənəvi sahədə dostluq və əməkdaşlıq münasibətlərinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi