Yuxarı

​Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedəcək

Səfərdə məqsəd Məkkədə keçiriləcək “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir

Bakı. 20 fevral. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd İslam Aləmi Liqasının təşkilatçılığı ilə 22-24 fevral tarixlərində Məkkədə keçiriləcək “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. 30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimlərinin qatılacagı tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi