Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyaya səfərə gedəcək

QMİ sədri Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiya Federasiyasına səfərə gedəcək. 

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər Moskva şəhər hökumətinin təşkilatçılığı, Rusiya Prezidenti yanında dini təşkilatlarla iş üzrə Şuranın beynəlxalq əməkdaşlıq Komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə 29 oktyabr tarixində keçiriləcək "Din və Sülh" mövzusunda III Moskva Beynəlxalq Forumuna dəvət əsasında həyata keçirilir.

Şeyxülislam A.Paşazadə Beynəlxalq forumun plenar iclasında məruzə ilə çıxış edəcəkdir.

QMİ sədri səfər çərçivəsində Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşəcək. Səfər müddətində digər görüşlərin də keçiriləcəyi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi