Şeyxülislam Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının rəhbərinin fəaliyyətinə qiymət verib

Şeyxülislam Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının rəhbərinin fəaliyyətinə qiymət verib ​Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Vladimir Putinə müraciət qəbul ediblər
Din
16 Mart , 2016 13:15
Şeyxülislam Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının rəhbərinin fəaliyyətinə qiymət verib

Bakı. 16 mart. REPORT.AZ/ Çerkessk şəhərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının IX hesabat-seçki Qurultayı keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də dəvətli qonaqlar arasında olub.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Şimali Qafqaz Xalqlarının Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi İsmayıl Berdiyev ruhani idarəsinin ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verib. Müfti bildirib ki, Qaraçay-Çərkəzdə 130 məscid fəaliyyət göstərir, bu ibadət ocaqlarının işinə 118 imam cavabdehdir. Onlardan 30 nəfəri Əbu Hənifə adına İslam İnstitutunun məzunudur. Nümayəndələr sədrin hesabatını qəbul ediblər. Qurultaydakı müzakirələrdən sonra açıq səsvermə yolu ilə İsmayıl Berdiyev yenidən Qaraçay-Çərkəz Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri və Müftisi seçilib.

Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə də sədrin fəaliyyətini müsbət qiymətləndirib: “İsmayıl Berdiyev Qafqaz xalqlarının birliyi, çoxmillətli cəmiyyətdə mənəviyyat və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə illərlə göstərdiyi fəaliyyətilə özünün təcrübəli və müdrik din xadimi olduğunu təsdiq edib”. QMİ sədri bildirib ki, bu ərazilərdə yaşayan müsəlmanları müqəddəs din birləşdirir: “Birgə evimiz olan Qafqaz, bu mübarək torpaqlarda yaşayan bizlər üçün vahid mənəvi məkandır. Bizi müqəddəs İslam dini birləşdirir. Allaha həmd olsun ki, Onun iradəsilə öz xüsusiyyətləri və yazılmamış qanunları ilə qafqazlılar əsrlərdir birlikdə yaşayırlar”.

Qurultay Rusiya müsəlmanlarına və ölkə prezidenti Vladimir Putinə müraciət qəbul edib.

Son xəbərlər

Orphus sistemi