Şeyxülislam Allahşükür Paşazadə Küveytə səfər edəcək

Şeyxülislam Allahşükür Paşazadə Küveytə səfər edəcək Bakı. 23 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfərə yola düşəcək.
Din
23 Noyabr , 2018 13:03
Şeyxülislam Allahşükür Paşazadə Küveytə səfər edəcək
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə / Report/ Firi Salim

Bakı. 23 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfərə yola düşəcək.

İdarədən "Report"a verilən məlumata görə, səfər BMT Baş katibinin xüsusi məsləhətçisi, İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuqun şəxsi dəvəti əsasında həyata keçirilir.

Səfərdə məqsəd Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” mövzusunda sayca səkkizinci Konfransda iştirak etməkdir.

Bu dəfəki Konfransın mövzusu “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusudur. Bu mövzu ötən ilin fevralında Vaşinqtonda “Müsəlman cəmiyyətlərində sülh naminə Forum” tərəfindən keçirilən tədbirdə İslam xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuq tərəfindən irəli sürülüb. BMT Baş katibinin xüsusi məsləhətçisi statusuna malik İslam xeyriyyəçisi A.Əl-Mətuq “Milyon acın doydurulması” Humanitar aksiyasına çağırış edib.

Noyabrın 26-da keçiriləcək Beynəlxalq Konfransda QMİ sədri Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi