Yuxarı
    Bağlamaq

    ​Şeyxülislam Allahşükür Paşazadə: “Azərbaycanda sünni-şiə qardaşlığını qorumalıyıq”

    “Din xadimlərimiz bu inkişafdan kənarda qala bilməzlər”

    Bakı. 1 iyun. REPORT.AZ/ “Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılır, bir yerdə ibadət edirlər. Biz bu qardaşlığı qorumalıyıq. Azərbaycanda məzhəb ayrı-seçkilyi salmaq istəyənlərin qarşısını almağı bacarmalıyıq”. “Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

    QMİ sədri əlavə edib ki, bu gün Azərbaycan böyük sürətlə dəyişir, qüdrətli dövlətlər sırasında qabaqcıl mövqeyə çıxır: “İnkişaf edən təkcə şəhər və rayonlarımız, kəndlərimiz deyil, insanlarımızın həyat tərzidir. Xüsusilə gənclərimizin dünya görüşü, savadı artır. Din xadimlərimiz bu inkişafdan kənarda qala bilməzlər. Axund və imamlarımız, yerlərdə dini ayinləri icra edən insanlar savadlarını artırmalı, dünyagörüşlərinin zənginləşməsi üçün çalışmalıdırlar”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi