Yuxarı
    Bağlamaq

    Səyavuş Heydərov: "Ehtiyac olduğu halda ibadətgahların daxilində və ətrafında kameralar quraşdırıla bilər"

    Azərbaycanda bəzi ibadətgahların, məscidlərin daxilində kameralar quraşdırılıb

    Bakı 23 yanvar.REPORT.AZ/ "Bəzi ölkələrin təcrübəsinə əsasən, ehtiyac olduğu halda təhlükəsizlik məsələləri ilə bağlı ibadətgahların daxilində və ətrafında kameralar quraşdırıla bilər".

    Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyəvuş Heydərov deyib.

    Onun sözlərinə görə, bu, ondan irəli gəlir ki, bəzi ölkələrdə ibadətgahlarda terror aksiyaları və ona cəhd halları olur: "O baxımdan əgər zərurət yaranarsa, təhlükəsizlik məqsədi ilə buna icazə verilir. Azərbaycan ərazisindəki bəzi ibadətgahların, məscidlərin daxilində və eləcə də giriş hissələrində təhlükəsizlik kameraları quraşdırılıb."

    S.Heydərov bildirib ki, kameraların quraşdırılması və ona nəzarəti Qafqaz Müsəlmanları İdarəsinin sifarişi ilə DİN-nin müvafiq strukturu həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi