Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb Onun sözləri sosial şəbəkələrdə geniş ictimai müzakirələrə səbəb olub
Din
23 Sentyabr , 2017 03:39
Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında din xadimi qadınların intellektual bacarıqları haqda dediklərinə görə işdən kənarlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü "Arabian Business" nəşri yazıb.

Onun dedikləri qadınların əqli qabiliyyəti ilə bağlı olub. Ruhaninin fikrincə qadınların maşın sürməsinə icazə vermək olmaz.

Din xadiminin sözləri sürətlə sosial şəbəkələrdə yayılıb və geniş ictimai müzakirələrə səbəb olub. Onun fikirləri, xüsusilə qadınların hüquqlarını müdafiə edən fəalları narazı salıb.

Son xəbərlər

Orphus sistemi