Yuxarı
    Bağlamaq

    Şəkidə IV Beynəlxalq multikulturalizm məktəbi fəaliyyətə başlayıb

    Məktəbdə Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya və s. ölkələrdən tələbələr iştirak edir

    Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı növbəti beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tələbələr öncə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarına əklillər və gül dəstələri qoyublar, sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

    Ziyarətdən sonra qış məktəbinin iştirakçıları Şəkiyə yola düşüblər.

    Burada tələbələrə “İslam həmrəyliyi bizə nə verir? Azərbaycan-tolerantlıq yurdu” mövzusunda videoçarx təqdim ediləcək.

    Videoçarx vasitəsilə tələbələrə məlumat veriləcək ki, müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycan milli həmrəyliyin qurulmasına nail olaraq dünyada tolerantlıq yurdu kimi tanınıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Videoçarxda Azərbaycanın dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarına, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, Ümumdünya Şahmat Olimpiadası, I Avropa Oyunları, “Formula-1”Avropa Qran-prisi kimi mötəbər idman yarışlarınaev sahibliyi etdiyi, həmçinin “2017 İslam Həmrəyliyi Oyunları”nın da Bakıda keçiriləcəyi öz əksini tapıb.

    Təqdimatdan sonra xarici tələbələr üçün Şəkidəki "Marxal" hotelində “Xoşgəldiniz” axşamı təşkil ediləcək.

    Qeyd edək ki, fevralın 13-20-də keçiriləcək IV Beynəlxalq multikulturalizm qış məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər.

    Xatırladaq ki, indiyədək adıçəkilən qurumlar tərəfindən 2015-ci il 22 iyul-1 avqust, 2016-cı il 8-15 fevral, 2016-cı il 18-27 iyul tarixlərində də Beynəlxalq multikulturalizm məktəbləri fəaliyyət göstərib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi