"Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib

"Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub
Din
22 Sentyabr , 2017 12:20
Şəhadət sənədli filminin təqdimat mərasimi keçirilib
Report/ Firi Salim

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər.

film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarımızla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

Son xəbərlər

Orphus sistemi