Yuxarı

Səfər ayı gələn həftə başa çatır

Dekabrın 2-də İmam Hüseynin (ə) vəfatının qırxıncı günü qeyd olunacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Dekabr ayının 2-də İslam aləmi İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününü (Ərbəin günü) qeyd edəcək.

"Report" Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən məlumat verir ki, Ərbəin günü 1437-ci il hicri-qəməri təqvimi ilə səfər ayının 20-də qeyd olunacaq.

Hicri-qəməri təqvimi ilə səfər ayının 28-də (miladi təqvimi ilə 10 dekabr) Həzrəti Məhəmməd peyğəmbərin (s) vəfatı günüdür.

Səfər ayının 30-u, yəni son günü miladi təqvimi ilə dekabrın 12-nə təsadüf edir.

Qeyd edək ki, məhərrəm və səfər ayları ərzində Azərbaycan əhalisinin böyük əksəriyyəti toy, nişan, elçilik kimi mərasimlər keçirmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi