Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək Qəbul mayın 6-da olacaq
Din
2 May , 2016 09:17
Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

Bakı. 2 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Qəbul mayın 6-da Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi