Sədr: "Son zamanlar Azərbaycan vətəndaşlarının İŞİD-ə qoşulması faktı qeydə alınmayıb"

Sədr: "Son zamanlar Azərbaycan vətəndaşlarının İŞİD-ə qoşulması faktı qeydə alınmayıb" Bakı. 24 may. REPORT/ Hazırda İŞİD-in fəaliyyəti tam şəkildə sönmək üzrədir. Həmin təşkilat süqutunu yaşayır. Təəssüf ki, vaxtilə Azərbaycandan da ora qoşulanlar olub.
Din
24 May , 2018 10:52
Sədr: Son zamanlar Azərbaycan vətəndaşlarının İŞİD-ə qoşulması faktı qeydə alınmayıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT/ "Hazırda İŞİD-in fəaliyyəti tam şəkildə sönmək üzrədir. Həmin təşkilat süqutunu yaşayır. Təəssüf ki, vaxtilə Azərbaycandan da ora qoşulanlar olub". 

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, terror təşkilatına qoşulan və sonradan peşman olaraq ölkəyə geri qayıdanlar məhkəmə qaydasında cəzalandırılıblar: "Əgər başqa yerlərdə də terrorçulara qoşulanlar olarsa, gələcəkdə ölkəyə qayıdanda onlar barəsində də müvafiq qanunvericilik çərçivəsində tədbirlər görüləcək".

M.Qurbanlı qeyd edib ki, bu gün ölkədən İŞİD-ə qoşulanların dəqiq sayı yoxdur və son dövrlər belə hadisə qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi