Saray qəsəbəsində “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihəsinin icrasına başlanılıb

Saray qəsəbəsində “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihəsinin icrasına başlanılıb Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir
Din
19 Dekabr , 2016 20:06
Saray qəsəbəsində “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihəsinin icrasına başlanılıb

Bakı 19 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihəsinin icrasına başlanılıb.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov, Saray qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Qalib Tahirov, dini icma üzvləri, ziyalılar iştirak ediblər.

İcma sədri Qalib Tahirov deyib ki, belə layihələrin həyata keçirilməsi istiqamətində dövlət dəstəyi olduqca təqdirəlayiqdir və bu, ölkə başçısı İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin təzahürüdür. Yaradılan bu şəraiti maksimum dəyərləndirərək xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənclərimizin milli dəyərlərimiz ruhunda tərbiyəsi üçün mühüm addımlar atılmalıdır. O, eyni zamanda gənclərimizi radikal dini cərəyanların təhlükələrindən uzaq tutmaq üçün səylərimizi daha da artırmalı olduğumuzu bildirib.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov məruzəsində milli-mənəvi dəyərlərimizin formalaşmasında ictimai-fəlsəfi fikir tariximizin mühüm rolundan danışıb. O qeyd edib ki, sahib olduğumuz milli–mənəvi dəyərlərimiz, tolerantlıq kimi həyat tərzimiz ölkəmizin, xalqımızın hərtərəfli inkişafı üçün zəmin yaradır. Bu dəyərlərin təbliğatı ilə həm də zərərli, radikal dini cərəyanlara qarşı effektiv mübarizə apara bilərik.

Son xəbərlər

Orphus sistemi