Yuxarı
    Bağlamaq

    Şamaxıda “Ənənəvi dindarlıq və radikalizm” adlı tədbir keçirilib

    İslamda Vətən sevgisi mövzusu müzakirə olunub

    Bakı 2 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbir keçirilib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, dini icmanın sədri Ramil İsrayılov, Adnalı kənd tam orta məktəbin direktoru Səxavət Nəbiyev, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər. 

    Çıxışlar zamanı gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olması qeyd edilərək mövcud olan ənənəvi dindarlığın daha da möhkəmləndirilməsi, eləcə də radikal təsirlərin qarşısının alınması istiqamətində vacib məqamlar barədə geniş söhbət açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi