Sabunçuda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Sabunçuda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib "Dövlət dini radikalizm və ekstremizmə qarşı mübarizədə dindarların yanındadır"
Din
25 Avqust , 2016 18:43
Sabunçuda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətin hər zaman Azərbaycan cəmiyyətinin, dindarların yanında olduğunu bildirib.

Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizə metodlarından, dini radikalizm fenomenindən, bu mübarizədə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında Sabunçu rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı məlumat verərək, rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə və ekstremizmə qarşı mübarizədə görülən tədbirlərdən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən söhbət açıb.

Son xəbərlər

Orphus sistemi