Yuxarı
    Bağlamaq

    ​Sabirabadın Bulaqlı kənd məscidi dini icmasında “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

    Xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir

    Bakı. 16 fevral.REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

    Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Ələkbər Quliyev, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu İcra Hakimiyyətinin Bulaqlı kəndi üzrə nümayəndəsi Zülfəli Musayev, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov çıxış edərək qeyd edib ki, xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

    Natiq İslam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından da bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. Qafqaz Müsəmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxışı zamanı milli-mənəvi dəyərlərə dövlət səviyyəsində yüksək qayğının göstərildiyini vurğulayıb.

    QMİ nümayəndəsi dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi