Sabirabadda İslam həmrəyliyinin təbliği mövzusunda seminar keçirilib

Sabirabadda İslam həmrəyliyinin təbliği mövzusunda seminar keçirilib Səyyad Salahlı: "Dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunmasıdır"
Din
12 İyun , 2017 20:13
Sabirabadda İslam həmrəyliyinin təbliği mövzusunda seminar keçirilib

Bakı. 12 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyad Salahlı seminar-müşavirədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. DQİDK sədrinin birinci müavini ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edərək qeyd edib ki, Azərbaycan bütün dini konfessiya nümayəndələrinin birlik, mehribanlıq şəraitində yaşadığı multikultural ölkədir. 

Sabirabad rayon prokuroru Pərvin Quliyev din xadimlərinin, gənclərin və ziyalıların dini radikalizmlə mübarizədə, İslam həmrəyliyinin təbliğində fəal olmalarının vacibliyindən söz açıb.

Son xəbərlər

Orphus sistemi