​Sabir Həsənli: "Heydər" məscidi kitabxana yaradan məscidlər arasında birincilərdən olacaq"

​Sabir Həsənli: "Heydər" məscidi kitabxana yaradan məscidlər arasında birincilərdən olacaq" "Məscidə gələn insanların hərtərəfli maariflənməsi vacibdir"
Din
3 Fevral , 2016 12:44
​Sabir Həsənli: Heydər məscidi kitabxana yaradan məscidlər arasında birincilərdən olacaq

Bakı. 2 fevral. REPORT.AZ/ "Məscidlərdə kitabxanaların yaradılması vacibdir və yeni kitabxana yaradan məscidlər arasında "Heydər" məscidi birincilərdən olacaq".

Bunu "Report"a açıqlamasında "Heydər" Məscid-Kompleksi İdarəsinin sədri, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini hacı Sabir Həsənli deyib.

O bildirib ki, bütün məscidlərdə kitablardan ibarət guşə və ya rəsmi şəkildə kitabxana, oxucu otağı olmalıdır: "Məscidlərdə kitabxanaların olması dünya təcrübəsində də mövcuddur. Məscidə gələn insanların dini cəhətdən maariflənməsi, dinin tarixi, əməlləri ilə tanış olması zəruridir. Eləcə də, kitabxanalarda bütün elmləri əhatə edən kitabların yer alması vacibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məscidlərdə kitabxanaların yaradılması istiqamətində apardığı işi alqışalayıram".

S.Həsənli onu bildirib ki, 70 illik ateizm dövründə Azərbaycanın tarixi keçmişini əks etdirən tonlarla kitab yandırılıb: "Sovet hakimiyyəti illərində Azərbaycan dilində əski əlifba ilə yazılmış tonlarla kitablarımız məhv edilib. Həmin kitablarda bizim tariximiz, ədəbiyyatımız əks olunmuşdu. Ərəb əlifbası ilə yazıldığı üçün həmin kitablar məhv edildi və və bu işi görənlər özləri ilə qürur duyurdular. Mənim babam danışırdı ki, 1920-30-cu illərdə evlərdə olan kitabları ələ keçməsin deyə, çuvallara doldurub quyuya endiriblər. Nəticədə həmin kitablar rütubətdən çürüyürmüş. Yəni, tonlarla bizi əks etdirən kitablar ya tonqallarda yandırılıb, ya da quyularda çürüyüb".

S.Həsənlinin sözlərinə görə, keçmişdə məscidlərdə yalnız ibadət etmirdilər, həm də elm, təhsil öyrənirdilər və buna görə məscidlər maarifçilk ocağı idi.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycandakı məscidlərdə kitabxanaların yaradılması istiqamətində iş aparır.  

Son xəbərlər

Orphus sistemi