​Rusiya və Qazaxıstanda Ramazan ayının başlama tarixi açıqlanıb

​Rusiya və Qazaxıstanda Ramazan ayının başlama tarixi açıqlanıb Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Ramazan ayının iyunun 7-də başlayacağını bildirib
Din
3 İyun , 2016 13:24
​Rusiya və Qazaxıstanda Ramazan ayının başlama tarixi açıqlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya və Qazaxıstanda Ramazan ayı iyunun 6-dan başlayacaq.

"Report" xəbər verir ki, Qazaxıstan Müsəlman Ruhaniləri İdarəsinin sədri, baş müfti Erjan Malqajıulı Ramazan ayının başlaması münasibətilə ölkəsinin vətəndaşlarını təbrik edib.

Məlumata görə, İslam dininin ən müqəddəs aylarından bir olan Ramazan ayı 2016-cı il iyunun 5-dən 6-na keçən gecə başlayır. Bu gecədən başlayaraq, iyulun 4-dək müsəlmanlar oruc tuta bilərlər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Ramazan ayının iyunun 7-də başlayacağını bildirib.

Xatırladaq ki, Ramazan ayında müsəlman aləmində təqvim birliyini yaratmaq üçün mayın 28-dən 30-dək İstanbulda qurultay keçirilib. Tədbiri Türkiyə Dəyanət İşləri Vəqfi, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilalı Müşahidə Layihəsi təşkil edib.

Qurultaya 50 ölkədən, o cümlədən Azərbaycan, Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyadan olan alimlər, astronomlar və fətva vermək səviyyəsinə malik dini liderlər qatılıblar. Qurultayda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil ediblər.

Tədbirdə qərara alınıb ki, bu ölkələrdə Ramazan ayının başlama və bitməsi, Qurban bayramı və digər dini bayramlar eyni gündə keçirilsin, eləcə də bu zaman hicri-qəməri təqvimi əsas götürülsün. Həmin təqvimə əsasən, bu il Türkiyə və başqa ölkələrdə Ramazan ayı iyunun 6-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi