​Rusiya Kommunist Partiyasının sədri Jen-Mironosits kilsəsində olub

​Rusiya Kommunist Partiyasının sədri Jen-Mironosits kilsəsində olub Gennadi Züqanov həmçinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi ilə tanış olub
Din
10 Fevral , 2015 19:26
​Rusiya Kommunist Partiyasının sədri Jen-Mironosits kilsəsində olub

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov Jen-Mironosits kilsəsində olub.

"Report" xəbər verir ki, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr kilsənin tarixi barədə Gennadi Züqanova məlumat verib. Bildirilib ki, Müqəddəs Jen-Mironosits kilsəsi 1907-ci ildə tikilib. 2001-ci ildə burada aparılan yenidənqurma işlərindən sonra ulu öndər Heydər Əliyev dini məbədin açılış mərasimində iştirak edib. Bununla da kilsədə Azərbaycanda yaşayan pravoslavların dini ayinlərini rahat icra etmələri üçün hər cür şərait yaradılıb.

Sonra qonaq Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi ilə tanış olub. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. Dördmərtəbəli binada məhs otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün otaqlar var. Burada kilsə təhsilinin verilməsi məqsədilə bazar günü məktəbinin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Mərkəzdə müxtəlif dini komitələr - yeparxiya, kanonik ayinlər, kataxizasiya, eləcə də kilsə mediası üçün ayrıca otaqlar da nəzərdə tutulub. Burada həmçinin kitabxana, qonaqlar üçün xüsusi otaqlar fəaliyyət göstərir.

Gennadi Züqanov mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi