Yuxarı
    Bağlamaq

    ​Roma Papası: "Nigeriya məscidindəki terror Allaha qarşı cinayətdir"

    O, bu bəyanatla Türkiyədə çıxış edib

    Bakı. 30 noyabr. REPORT.AZ/ Roma Papası Fransisk Nigeriyanın Kano şəhərinin mərkəzi məscidində törədilən terror aktını "Allaha qarşı cinayət" adlandırıb.

    "Report" xəbər verir ki, Fransisk bu bəyanatla Türkiyəyə səfərinin son günündə çıxış edib.

    "Bu Allaha qarşı son dərəcə ciddi cinayətdir", - deyə pontifik bildirib.

    Noyabrın 28-də üç naməlum şəxsin məscidə silahlı hücumu nəticəsində 120 nəfər ölüb, 270 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi