Yuxarı

Roma papası Meksikaya səfər edəcək

Fransiskin təhlükəsizliyini təmin etmək məqsədi ilə 20 min polis əməkdaşı səfərbər edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Roma papası Fransiskin Meksikaya səfəri başlayır.

"Report"un "BBC"yə istinadən verdiyi xəbərə görə, beş gün davam edəcək səfər çərçivəsində Roma papası paytaxt Mexiko ilə yanaşı Çapyas, Miçoakan və Çiuaua ştatlarına baş çəkəcək.

Fransiskin təhlükəsizliyini təmin etmək məqsədi ilə 20 min polis əməkdaşı səfərbər edilib.

Qeyd edək ki, Meksikanın Çiuaua ştatı dünyanın ən təhlükəli yerlərindən biri hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi