Yuxarı

Rişar Praskye: "Azərbaycanı bütün demokratik Avropa ölkələrinə misal göstərmək olar"

Hacı Allahşükür Paşazadə Rişar Praskye ilə görüşüb

Bakı. 27 aprel. REPORT.AZ/ "Azərbaycanı bütün demokratik Avropa ölkələrinə misal göstərmək olar". “Report”un məlumatına görə, bunu Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının (CRİF) keçmiş rəhbəri Rişar Praskye Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşündə deyib. 

O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa zaman kəsiyində çox sürətlə inkişaf edib: “Azərbaycan demokratik ölkədir. Burada dini və məhzəb ayrı-seçkiliyinə yol verilmir. Bu gün bu görüşdə bütün dinlərin nümayəndələrinin iştirak etməsi buna bir daha sübutdur. Bu, Azərbaycanın demokrtaik və tolerant ölkə olmasından xəbər verir. Buna görə də Azərbaycanı bütün demokrtaik Avropa ölkələrinə misal göstərmək olar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi