Rəsmi açıqlama: “Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”

Rəsmi açıqlama: “Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib” “Nuhbala Rəhimov Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil”
Din
11 Dekabr , 2015 15:50
Rəsmi açıqlama: “Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”

Bakı. 11 dekabr. REPORT.AZ/ “Mətbuatda din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil”. Bu barədə “Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Dövlət Komitəsinə verilən məlumata əsasən, N.Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.

“Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”, - Komitədən vurğulanıb.

Qeyd edək ki, N.Rəhimov bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. Bəzi saytlar onun “Rəhimə xanım ziyarətgahı”nın axundu olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi