​Qobustanda “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib

​Qobustanda “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib İştirakçılar Qobustan İdman Kompleksində sərgilənən qədim xalq sənət nümunələri ilə tanış olublar
Din
15 İyul , 2016 20:28
​Qobustanda “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Qobustanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Qobustan İdman Kompleksində sərgilənən qədim xalq sənət nümunələri ilə tanış olub, yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb, yerli musiqiçilərin səsləndirdikləri xalq mahnılarına qulaq asıblar.

Gənclər Mərkəzində keçirilən konfransı Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov açaraq, tarixi köklərdən qaynaqlanan tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb, bu bəşəri dəyərlərin dövlətimizin istər daxili, istərsə də xarici siyasətində prioritet məsələ kimi dayandığını diqqətə çatdırıb.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımzadə, Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov və başqaları məruzələrlə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi