Yuxarı
    Bağlamaq

    QMİ sədri xristian dini rəhbərlərinə məktub ünvanlayıb

    Şeyxülislam onları Pasxa bayramı münasibətilə təbrik edib© Report.az

    Bakı. 14 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə xristian dini rəhbərlərini və Azərbaycandakı xristian icmaların başçılarını qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edib.

    Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. 

    A.Paşazadə Xristian aləmində ən önəmli bayamlardan biri olan Pasxa münasibətilə Roma Papası Fransiskə, Moskva və bütün Rusiya Patriarxı Kirillə, Bütün Gürcüstan Patriarx-Katolikosu II İliyaya, Rum Fənər Patriarxı Varfolomeyə, Bütün Belarus Minsk və Zaslavsk patriarx ekzarxı Pavelə, Bütün Belarusun fəxri patriarx ekzarxı Mitropolit Filaretə, Kiyev və bütün Ukrayna Mitropoliti Onufriyə, Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandra, eləcə də Vatikan dövlətinin mədəniyyət üzrə Papa Şurasının prezidenti Kardinal Canfranko Ravazziyə, dövlət katibi Kardinal Pyetro Parolinə, Nunsi Arxiyepiskop Marek Solçinskiyə və Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Feketeyə təbrik məktubları ünvanlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi