Yuxarı
    Bağlamaq

    QMİ sədri: "Bəzi dövlətlərin alimlərinin Azərbaycana səfəri siyasi məqsədlər daşıyır"

    Allahşükür Paşazadə: Onlar məqsədlərinə çata bilməyəcəklər

    Bakı. 27 aprel. REPORT.AZ/ "Bu gün elə dövlətlər var ki, onların hətta alimlərinin belə Azərbaycana səfəri siyasi məqsədlər daşıyır". "Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başkanı Osman Nuri Toppaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

    A.Paşazadə qeyd edib ki, onlar məqsədlərinə çata bilməyəcəklər: "Mən elə alimlər tanıyıram ki, onların Azərbaycana səfərləri, mədrəsə və məscidlərin tikilməsi, təhsil ocaqlarının açılması belə özlərinin siyasi maraqlarına xidmət edir".

    QMİ sədri Azərbaycanda keçirilən Avropa Oyunlarından da danışıb. O bildirib ki, bu gün Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir: "Ölkədə sürətli inkişaf gedir və bu inkişafın nəticəsidir ki, Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçirilir. Artıq bir sıra dövlətlər Azərbaycanda gedən inkişaf proseslərini görüb bizimlə dostluq əlaqələri qurmaq və münasibət saxlamağa çalışırlar."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi