QMİ sədri Allahşükür Paşazadə Böyük Britaniyaya gedəcək

QMİ sədri Allahşükür Paşazadə Böyük Britaniyaya gedəcək Londonda Azərbaycanda elan olunan multikulturalizm ili münasibətilə konfrans keçiriləcək
Din
14 May , 2016 14:09
QMİ sədri Allahşükür Paşazadə Böyük Britaniyaya gedəcək

Bakı. 14 may. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 15-də Böyük Britaniyaya səfərə yola düşəcək. 

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər İngiltərənin "Faith Matters" təşkilatının dəvəti ilə həyata keçirilir.

Qurumdan bildirilib ki, A.Paşazadə mayın 16-da Londonda keçiriləcək dini icmaların konfransında iştirak edəcək. Konfrans "Faith Matters" təşkilatı tərəfindən Azərbaycanda elan olunan multikulturalizm ili münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamağın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunur.

QMİ sədri ilə bərabər, Londonda keçiriləcək konfransda Azərbaycanın ənənəvi dini konfessiya başçıları - RPK-nın Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev təmsil edəcəklər.

Londonda keçirilən konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal AbdullayevBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov iştirak edəcəklər.

Böyük Britaniyada Azərbaycan nümayəndə heyətinin müxtəlif dini icmalarla, habelə tanınmış ictimai xadimlərlə görüşləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi