​QMİ sədri: "Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır"

​QMİ sədri: "Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır" "Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib"
Din
19 Noyabr , 2015 18:01
​QMİ sədri: Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib".

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda keçirilən elmi konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Xalqımızın milli özəlliyi, səmavi dinlərin tarixən ərazimizdə yayılması, VII əsrdən torpaqlarımızda bərqərar olmuş İslam dininin təlqin etdiyi ideallar Azərbaycanda müxtəlif dini və milli mənsubiyyətə mənsub insanların birgəyaşayışı sahəsindəki uğurlarını artıran məqamlardandır. Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub. Milli, dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir".

A.Paşazadə deyib ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası səmavi dinlərin təlqin etdiyi humanist dəyərlərə istinaddan keçir: "Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ probleminin həlli ilə bağlı məsələdə də unutmur, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik".

A.Paşazadə qeyd edib ki, son günlər Livanda, Sinayda, ələlxüsus Avropanın mərkəzində - Fransada baş verən terror aktları bir daha sübut edir ki, mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində hələ çox iş görülməlidir.

Son xəbərlər

Orphus sistemi