​QMİ rəsmi internet saytını yeniləyib

​QMİ rəsmi internet saytını yeniləyib Məlumatlara əlçatımlılıq səviyyəsi yaxşılaşdırılıb
Din
3 May , 2016 13:01
​QMİ rəsmi internet saytını yeniləyib

Bakı. 3 may. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rəsmi internet saytını (qafqazislam.com) yeniləyib.

"Report"un xəbərinə görə, saytın yeni forması istifadəçilərə QMİ-nin fəaliyyəti haqqında daha dolğun məlumatlar əldə etməyə imkan yaradıb.

Saytın baş hissəsində "Qurani-Kərim"in surələri yerləşdirilib.

QMİ-nin fəaliyyəti, əhatə etdiyi sahələr haqqında məlumatların əlçatımlılıq səviyyəsi yüksəldilib.

Namaz təqvimi, məscidlər, ziyarət məkanları haqqında məlumatlar ilk səhifədə, daha nəzərəçarpan şəkildə yer alıb.

Həmçinin, şeyxülislamlar, müftilər, Azərbaycanın işğal altındakı tarixi abidələri haqqında məlumatlar, "Sual ver" bölmələri və s. yenilənərək istifadəçilərin istifadəsinə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi