Yuxarı

Qafqaz Müsəlmanları İdarəsi Elşad Mirinin ittihamlarına münasibət bildirib

© Report.az

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elşad Mirinin ittihamlarına münasibət bildirib.

QMİ-nin Mətbuat xidmətindən “Report”a daxil olan açıqlamada bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, dinşünaslıq ekspertizası müvafiq icra hakimiyyəti orqanı - Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətinə aiddir və tərəfindən həyata keçirilir: “ Elşad Miri bizimyol.info saytına verdiyi müsahibədə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmilərinin dediklərinə istinadən ittihamlar səsləndirərək kitabının çapına icazə verilməməsində QMİ-ni ittiham edir.

QMİ-nin ünvanına səsləndirdiyi ittihamla bağlı E.Miridən fakt olaraq fikirlərinə istinad etdiyi şəxslərin konkret adlarını açıqlamağı tələb edirik. Adları açıqlamayacağı təqdirdə Elşad Mirinin bu əsassız ittihamları, birmənalı şəkildə, din-dövlət münasibətlərinə kölgə salmaq, QMİ ilə Dini Komitə arasında nifaq yaratmaq, məzhəblərarası münasibətlərə xələl gətirmək məramlı böhtan kimi qiymətləndiriləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi