QMİ: Azərbaycandan müqəddəs şəhərlərə ziyarətlər Həccdən sonra təşkil olunacaq

QMİ: Azərbaycandan müqəddəs şəhərlərə ziyarətlər Həccdən sonra təşkil olunacaq QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir
Din
12 Avqust , 2017 12:50
QMİ: Azərbaycandan müqəddəs şəhərlərə ziyarətlər Həccdən sonra təşkil olunacaq
Report.az

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür. 

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. 

Bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur: "Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərələrə ziyarətlər təşkil olunacaq".

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: "QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir". 

Son xəbərlər

Orphus sistemi