QMİ axund sözünü ləğv edib, yalnız imam kəlməsi işlədiləcək

QMİ axund sözünü ləğv edib, yalnız imam kəlməsi işlədiləcək Qazilər Şurasının toplantısında qərar qəbul olunub
Din
14 Sentyabr , 2017 14:57
QMİ axund sözünü ləğv edib, yalnız imam kəlməsi işlədiləcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə / Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ "İstəyirik ki, bu "İslam Həmrəyliyi İli" çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib.

QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir.

Toplantıda QMİ sədrinin bu təklifi səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.

Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.

Son xəbərlər

Orphus sistemi