Qeydiyyatdan keçən 11 dini icmaya şəhadətnamələr təqdim edilib

Qeydiyyatdan keçən 11 dini icmaya şəhadətnamələr təqdim edilib Dini icmaların sədrlərinə tövsiyələr verilib
Din
9 Sentyabr , 2016 12:47
Qeydiyyatdan keçən 11 dini icmaya şəhadətnamələr təqdim edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 11 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Komitə sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, dövlət tərəfindən dinə, o cümlədən İslam və qeyri-islam təmayüllü dini icmalara diqqət və qayğı göstərilir.

Yeni qeydiyyatdan keçən dini icmaların sədrlərinə tövsiyələrini verən Gündüz İsmayılov icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə, ideoloji təhlükəsizlik məsələsinə həssas yanaşmağa çağırıb.

Eyni zamanda, Komitə sədrinin müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan və ənənəvi dəyərlərdən çıxış etmələrini tövsiyə edib.

Sonda yeni qeydiyyatdan keçmiş 11 dini icmanın sədrinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda 707 dini icma dövlət qeydiyyatına alınıb. Bu ilin ötən dövründə isə 62 dini icma dövlət qeydiyyatına alınaraq dini qurumların dövlət reyestrinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi